
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarının hərtərəfli və məhsuldar keçdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ərdoğanın sözlərinə görə, Rusiya-Türkiyə danışıqları bütün dünyada yüksək qiymətləndirilib.
“Soçidə Putinlə hərtərəfli və məhsuldar görüşümüz oldu. Əminəm ki, ilk növbədə taxıl sövdələşməsi və bir sıra digər humanitar problemlərin müzakirə edildiyi bu görüşü bütün dünya yüksək qiymətləndirdi”, - Türkiyə prezidenti Türkiyə hökumətinin iclasından sonra xalqa müraciətində deyib.
Qeyd edək ki, sentyabrın 4-də Türkiyə Prezidenti ilə Rusiya Prezidenti Soçidə görüşüblər. Onların danışıqları üç saat davam edib. Onlar taxıl müqaviləsi, Ukraynadakı hərbi münaqişə və qaz sənayesində əməkdaşlıqdan danışıblar.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqların məqsədi müəyyən məsələlər üzrə “saatları uyğunlaşdırmaq” olub. Türkiyənin “Hürriyyət” nəşrinin məlumatına görə, prezidentlər sentyabrın 19-26-da BMT Baş Assambleyasından sonra yenidən görüşə bilərlər.