Vergi Xidməti iki liftin təmirinə 38 min manat verəcək – Tender


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Xəzərliftservis” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, Dövlət Vergi Xidməti Aparatın inzibati binasında iki ədəd sərnişin liftinə cari təmiri işlərinin yerinə yetirilməsinin və bununla bağlı tələb olunan mal-materialların satın alınmasına görə “Xəzərliftservis” MMC-yə 38 min 31 manat 40 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 100 manat olan “Xəzərliftservis” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Telenov, ev 9, m. 25 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsirov Sadiq Əli oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top