
ABŞ dövlət katibi Entoni Blinkenin sentyabrın 6-da Ukraynanın paytaxtı Kiyevə səfər edəcəyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Blinkenin səfər proqramı və Ukrayna rəhbərliyi ilə hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, E. Blinken sonuncu dəfə 2022-ci ilin sentyabrında Ukraynaya səfər edib.