Hindistanın adı dəyişdirilə bilər


Baş nazir Narendra Modinin başçılıq etdiyi hökumət parlamentin 18-22 sentyabr tarixlərində keçiriləcək xüsusi iclasında Hindistanın rəsmi adının Bharat olaraq dəyişdirilməsi ilə bağlı qətnamə təqdim etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times Now” kabinetdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Hindistan Xalq Partiyası (BJP) liderləri ölkənin adının Bharat olaraq dəyişdirilməsini dəstəkləyiblər.
Rajya Sabha deputatı Nareş Bansal yuxarı palatada bu yaxınlarda başa çatan iclasda çıxış edərək, “Hindistan” adının müstəmləkə əsarətinin simvolu olduğunu və Konstitusiyadan çıxarılmalı olduğunu söyləyib.
“İngilislər Bharatın adını Hindistana dəyişdilər. Ölkəmiz min illərdir ki, Bharat adı ilə tanınır. Bu ölkənin qədim sanskrit mətnlərində rast gəlinən qədim adıdır. “Hindistan” adı müstəmləkə üsulu ilə verilmişdir və buna görə də köləliyin simvoludur”, - N. Bansal bildirib.

DİGƏR XƏBƏRLƏR

Top