Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırdı


Ermənistan Viktor Biyaqovu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.
“Baş nazirin (Nikol Paşinyan – İ.F.) təklifinə əsasən , Konstitusiyanın maddələrinə və “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılsın”, - sərəncamda deyilir.
Qeyd edək ki, Biyaqov 2018-ci ilin noyabrında Ermənistanın KTMT-dəki daimi nümayəndəsi təyin edilib.
Prezidentin digər sərəncamı ilə Biyaqov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı yanında respublikanın daimi nümayəndəsi təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top