Rusiya Ermənistandan izahat istədi


Moskva İrəvandan Beynəlxalq Ədalət Məhkəməsinin Roma Əsasnaməsinin Ermənistan parlamentinə ratifikasiya üçün göndərilməsinə aydınlıq gətirməsini istəyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz artıq Ermənistan tərəfindən bu məsələyə aydınlıq gətirməsini xahiş etmişik və İrəvanın cavabı əsasında növbəti addımlarımızı müəyyən edəcəyik”, - diplomat Ermənistan hakimiyyətinin bu addımını şərh edərkən deyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan hökuməti  Beynəlxalq Ədalət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb. Bu isə o deməkdir ki, Ermənistan parlamenti sənədi ratifikasiya etsə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etməli, Putin Ermənistana səfər edəcəyi təqdirdə, həbs edərək aidiyyəti üzrə təhvil verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top