
Sentyabrın 19-dan 25-dək İtaliyanın Algero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib. Məlumata görə, turnirdə iştirak edəcək Azərbaycan milli komandasının da oyunlarının vaxtı dəqiqləşib.
Yığmamız Türkiyə ilə sentyabrın 19-u, Bakı vaxtı ilə saat 12:15-də qarşılaşacaq.
Bir gün sonra keçiriləcək Azərbaycan - Rumıniya görüşü də eyni saatda start götürəcək.
Sentyabrın 20-də oynanılacaq İsveçrə - Azərbaycan qarşılaşması isə saat 16:00-da başlayacaq.