
ABŞ Prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Baydenin koronavirus testi müsbət çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hazırda onda yüngül simptomlar müşahidə olunur və birinci xanım Delaver ştatında Rehobot Biçdəki evində qalır.
72 yaşlı Cill Baydendən sonra ABŞ lideri üzərində də test aparılıb və testin nəticəsinin mənfi olduğu bildirilib. Qeyd edilib ki, Cozef Bayden bu həftə yenidən testdən keçiriləcək və onun simptomları müşahidə ediləcək. Hazırda Ağ Evin Covid protokolunda və ya prezidentin cədvəlində heç bir dəyişiklik yoxdur.
Qeyd edək ki, Baydenin G20 sammitində iştirak etmək üçün cümə axşamı Hindistanın paytaxtı Dehliyə, bazar günü isə Vyetnamın paytaxtı Hanoya səfəri gözlənilir.