
Soçidə Rusiya-Türkiyə danışıqları başa çatıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, ümumilikdə iki ölkənin liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan üç saat danışıblar.
Qeyd olunub ki, geniş tərkibdə tərəflər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, taxıl sazişinin bərpası mövzusunu da müzakirə ediblər.
“Mən bilirəm ki, siz taxıl müqaviləsi ilə bağlı suallar qaldırmaq niyyətindəsiniz. Biz bu məsələ ilə bağlı danışıqlara açığıq”, - Putin Ərdoğana bildirib.
Nümayəndə heyətlərinin iştirakı ilə söhbət saat yarıma yaxın davam edib.
Tətbiqimizi yükləyə bilərsiniz