Nazir polkovniki Hikmət Abbasovun yerinə təyin etdi – KİV


Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb.
Bildirilir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.
Digər əmrlə onun, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edildiyi qeyd olunur.
Qeyd edək ki, Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasovun vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top