
Almaniya kansleri Olaf Şolts qaçış zamanı yıxılaraq yaralanan üzünün fotosunu paylaşıb.
Yeniavaz.com xəbər verir ki, Tvitter platformasında paylaşdığı fotoda Şoltsun sağ gözündə sarğı və üzündə çapıqlar olduğu görünür.
“Mən şərhləri səbirsizliklə gözləyirəm. Xoş arzularınız üçün sağ olun, amma göründüyündən daha pisdir”, - kansler bildirib.
Hökumət sözçüsü Steffen Hebestreit Şoltsun səhhətinin yaxşı olduğunu və normal iş qrafikinə davam edəcəyini bildirib.
Qeyd edək ki, Şolts şənbə günü qaçış zamanı yıxılaraq yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz