
Azərbaycanın idman gimnastı Nikita Simonov “Challenge” seriyasına aid Dünya Kubokunda uğurlu çıxışı edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Məlumata görə, idmançımız Türkiyənin Mersin şəhərində keçirilən yarışda qızıl medal qazanıb.
Halqalar ilə hərəkətlərin icrasında bütün rəqiblərini qabaqlayan N. Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.