Ərdoğan Rusiyaya getdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə gedib.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, müdafiə sənayesi rəhbəri Haluk Görgün və Prezident Administrasiyasının kommunikasiyalar direktoru Fahrettin Altun da Soçiyə gedib.
Qeyd edək ki, Ərdoğan-Putin görüşünün ən mühüm gündəm maddəsi Rusiyanın iyulun 17-də çıxdığı Qara dəniz taxıl dəhlizi sazişi olacaq. Rusiya-Ukrayna müharibəsindəki son hadisələrin müzakirə ediləcəyi görüşdə iki ölkə arasında enerji, ticarət, iqtisadiyyat və turizm başda olmaqla ümumi əlaqələr də müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top