Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə 6 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, əgər Yerə istiqamətlənmiş Tac Kütlə Atılmasının (TKA) da təsiri əlavə olunsa, yenidən geomaqnit qasırğanın baş vermə ehtimalı var.