Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 4 sentyabr 2023-cü il tarixində gün ərzində Sabail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.