Ukrayna müdafiə naziri istefa verir


Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa məktubunu Ali Radaya təqdim edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında yazıb.
"Mən istefa məktubumu Ukrayna parlamentinin sədri Ruslan Stefançuka təqdim etdim. Ukrayna xalqına xidmət etmək və Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna ordusu üçün çalışmaq şərəf idi", - Reznikov qeyd edib.
O, həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenskinin qərarını yerinə yetirmək üçün Ali Radaya istefa məktubu təqdim etdiyini vurğulayıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə naziri Reznikovun postundan azad olunması ilə bağlı videomüraciət yaymış və onu Dövlət Əmlak Fondunun hazırkı rəhbəri Rüstəm Umerovla əvəz edəcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top