Azərbaycanda 5 bala qədər zəlzələ oldu – Yenilənib


Kürdəmirdə zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatında bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala qədər Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi əvvəlcə Ağdamda 5 maqnitudalı zəlzələ baş verməsi ilə bağlı məlumat yaydı. Bir neçə dəqiqədən sonra düzəliş edilərək Kürdəmirdə 5 bala qədər zəlzələ olması ilə bağlı məlumat yaydı.

***20:43
Ağdamda 5 maqnitudalı zəlzələ olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top