Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Tehrandakı görüşü zamanı Cənubi Qafqazda baş verən hadisələri də müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə, o, görüşdən sonra iranlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
H. Fidan qeyd edib ki, onlar, həmçinin Suriya, İraq, Fələstin, Yəmən, Əfqanıstan, Ukrayna və Liviyada gedən proseslərlə da bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri bu gün iranlı həmkarının dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.