Suriyada kürd qruplaşmaları ilə ərəb qəbilələri arasında atəşkəs əldə olundu


Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd qruplaşmaları Suriyanın şimal-şərqində onlara qarşı qiyam qaldıran ərəb qəbilələrinin silahlılarına qarşı hərbi əməliyyatı dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, SDQ komandanlığı ilə yerli qəbilələrin şeyxləri arasında atəşkəs əldə olunub.
Kürd hakimiyyəti gənclərin SDQ-yə səfərbər olunması ilə bağlı ərəb sakinlərinin bir sıra tələblərini yerinə yetirməyə razılaşıb.
Qeyd edək ki, daha əvvəl kürd döyüşçülər Deyr əz-Zor əyalətinin Əl-Buseyra və Əş Şahil şəhərlərini ələ keçiriblər. Sentyabrın 2-də kürdlər Suriyanın şimal-şərqində nəzarətləri altında olan ərazilərdə komendant saatı tətbiq edib və hərbi əməliyyata başlayıblar.
Telekanalın məlumatına görə, ərəb qəbilə qrupları ilə kürd birləşmələri arasında toqquşmalar avqustun 27-də başlayıb. Qarşıdurma zamanı hər iki tərəf itki verib: 26 milis, 11 SQD döyüşçüsü və 9 mülki şəxs həlak olub, yaralıların sayı 45-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top