KİV: Ermənilər qəsdən yanğın törədib Azərbaycanı günahlandırırlar – Video


Ermənistan tərəfinin Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədib bunu guya Azərbaycan tərəfinin dron hücumu ilə əlaqələndirdiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report” kadrlar əldə edib.
Belə ki, qarşı tərəfin yaydığı bəyanata görə, yüzlərlə hektar ərazi yanğına məruz qalıb və hətta bu hücum nəticəsində Ermənistan Xilasetmə Xidmətinin polkovnik-leytenantı Armen Qasparyan həlak olub.
Kadrlarda isə yanğının qəsdən törədildiyi müşahidə olunur. Qeyd olunub ki, həmin adamın polkovnik və ya yanğınsöndürmə xidmətinin işçisi olub-olmadığı məlum deyil. Onun özü törətdiyi yanğının qurbanı olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top