Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb – Faktiki hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağışın miqdarı Qaxda 40 mm, Oğuzda 32 mm (aylıq normanın 43%-i), Qəbələdə 17 mm, Şəkidə 16 mm, Qubada 14 mm, Qusarda 13 mm, Xaltan, Qrız, Şahdağ, Zaqatala, Tərtər, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Tovuz, Balakən, Qobustanda 6 mm-dək, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Şimal-şərq küləyi Gəncədə 24 m/s-dək güclənib.
Havanın maksimal temperature sentyabrın 02-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 29-31° isti, Naxçıvan MR-da 34-38° isti, Aran rayonlarında 32-37°, dağlıq rayonlarda 25°-dək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 04-ü səhərədək davam edəcək. 04-ü gündüz və 05-də havanın sabit olacağı, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.

DİGƏR XƏBƏRLƏR

Top