Xankəndinin “mer”i David Sarkisyanın ailəsini Qarabağdan çıxardığı iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Onun, ailəsini Ermənistana göndərdiyi bildirilir.
Qeyd olunur ki, Ermənistan mətbuatı Xankəndi sakinlərinin qadını tanıdığını yazıb.
Sözügedən şəxs Laçın sərhəd-buraxılış məntəqəsindən keçən zaman məlumatı yayan televiziya kanalının kamerasına tuş gəlib.
Həmin görüntüləri təqdim edirik: