Fuad Qəhrəmanlı yenidən Əli Kərimlinin müavini oldu – Yeni təyinatlar+Yenilənib


AXCP sədri Əli Kərimli partiyanın Ali Məclisinin bugünkü sessiyası ilə bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, Kərimli bu barədə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 7 saat ərzində 3 dəfə gizli səsvermə ilə seçki keçirilib:
“Əvvəlcə gizli və alternativli səsvermə yolu ilə 20 nəfər partiya fəalı Ali Məclisə (rayon şöbələrindən seçilmiş 64 nəfərə əlavə olaraq) üzv seçiliblər.
Sonra gizli və alternativli səsvermə ilə professor Nurəddin Məmmədli Ali Məclisin sədri seçilib.
Ali Məclis mənim təqdimatımla professor Kamil Vəlini, Seymur Həzini, Fuad Qəhrəmanlını, Səadət Cahangiri və Ayaz Məhərrəmlini AXCP sədrinin müavinləri olaraq təsdiq edib.
Professor Elmira Muradəliyeva və İradə Əliyeva Ali Məclisin sədr müavinləri, Məmməd İbrahim isə Ali Məclisinin katibi seçiliblər. Bu şəxslər həm də AXCP Rəyasət Heyətinə üzv seçiliblər.
Bundan sonra Ali Məclis daha bir gizli səsvermə keçirib və Rəyasət Heyətinə daha 13 nəfər üzv seçib. Beləliklə, AXCP Ali Məclisi Rəyasət Heyətinə 22 nəfər üzv seçilib”.
Ə.Kərimli həmçinin qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinə 2 ay ərzində dəfələrlə müraciət etmələrinə baxmayaraq hakimiyyət Ali Məclisin sessiyasını keçirməyə uyğun bir yer ayırmayıb:
“Çarəsiz qalıb Ali Məclisin sessiyasını AXCP funksionerlərinin birinin həyətində keçirdik”.

***19:55
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin iclası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkədə partiya üzvləri məlumat yayıblar.
Məlumatda bildirilib ki, Nurəddin Məmmədli və Seymur Həzinin Ali Məclis sədrliyinə namizədlikləri səsə qoyulub. N.Məmmədli Ali Məclisin sədri seçilib.
Daha sonra isə Səadət Cahangir, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Seymur Həzi və Kamil Vəli AXCP sədrinin müavinləri təyin ediliblər və onların təyinatı səsə qoyulub, təsdiqlənib.
Sədr müavini F. Qəhrəmanlı bildirib ki, dəfələrlə etdikləri müraciətə hakimiyyətin yox deməsinə görə AXCP Ali Məclisinin iclası həyət evlərindən birində keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top