
Məşhur milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, milyarder cümə namazından sonra “Regents Park”ın yaxınlığındakı London Mərkəzi Məscidində dəfn edilib.
Qeyd edək ki, 1929-cu ildə İsgəndəriyyədə (Misir) anadan olan Əl Fayed dünyanın ən varlı şəxslərindən biri, İngiltərənin "Fulham" futbol klubunun və Londonun məşhur “Harrods” ticarət mərkəzinin sahibidir. O, 1997-ci il avqustun 31-də Parisdə Alma körpüsünün altında avtomobil qəzasında Şahzadə Diana ilə birlikdə həlak olan Dodi Əl-Fayedin atasıdır. Milyarder qəzanın təsadüf olmadığını və Britaniya təhlükəsizlik xidmətləri tərəfindən təşkil edildiyini iddia edir və oğlunun ölümündə Britaniya kral ailəsini günahlandırırdı.

