
Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti qəbul şəhərin Vaqif Abdullayev 4 ünvanında keçirilib.
Yeniavaz.com xəbər verir ki, səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul nümayəndələri, ŞPŞ rəisi Ədalət Əliyev, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri iştirak edib.
Səyyar qəbulda sakinlərin söylədikləri arzu və təkliflər, qaldırdıqları məsələlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.



Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz