Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırıldı


Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
“Guya 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə qorxu ilə pul tələb edib. Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu  təkrarən tələb etmə maddəsilə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb. Özü bu ittihamların hamısını qondarma hesab edir. Qeyd edir ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür”, - A. Layıc bildirib.
Qeyd edək ki, 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.

DİGƏR XƏBƏRLƏR

Top