Telefonda fərdi məlumatları qorumaq üçün nə etmək lazımdır?


Telefonlarda olan fərdi məlumatları qoruma yolları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Aşağıdakılara əməl edərək, telefonlarınızdakı məlumatları qoruya bilərsiniz:
1) Brauzer tarixçəsini mütəmadi silin;
2) Tətbiq icazələrini gözdən keçirin və lazım olmayan tətbiqlərin məkan icazəsini bağlayın;
3) Müəyyən müddət aralığında telefonunuzu təmizləyin;
4) Uzun müddət istifadə etmədiyiniz tətbiqləri telefonunuzdan silin;
5) Fərdi məlumatlara kənar müdaxilənin qarşısını almaq üçün təhlükəsizlik parametrlərindən istifadə edin.

DİGƏR XƏBƏRLƏR

Top