Qarabağdakı sülhməramlıların komandanı yenə dəyişdi – KİV


Qarabağdakı sülhməramlı kontingentin yeni komandanın təyin edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti (“Azatutyun”) məlumat yayıb.
Bildirilir ki, general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı təyin edilib.

Məlumata görə, 54 yaşlı Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.
Xatırladaq ki, hazırkı komandan general-polkovnik Aleksandr Lentsov bu ilin aprelində sözügedən vəzifəyə təyin olunub. Ondan əvvəl bu vəzifəni general Andrey Volkov, sülhməramlı kontingent yerləşdiriləndə isə general Rüstəm Muradov icra edib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ müharibəsinin nəticəsində imzalanmış 10 noyabr Bəyannaməsinə əsasən Qarabağda yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top