
Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər istiqamətində baş verən silahlı toqquşma nəticəsində həlak olan hərbçilərin adlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Bildirilir ki, bunlar Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyandır.
***16:28
Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan ordusunun itkiləri artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün baş verən silahlı toqquşmalarda 4 erməni hərbçi həlak olub.
Nazirlikdən bildirilib ki, 1 erməni hərbçi yaralanıb.
***11:22
Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib və iki hərbi qulluqçumuz yaralanıb. Həmçinin həmin istiqamətdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirlərinin görülməsi barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, görülən cavab tədbirləri nəticəsində Ermənistanın 2 hərbçisi ölüb, 1 hərbçisi yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.