Bağçalara növbəyə yazılma müvəqqəti dayandırıldı


Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.  Səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, komplektləşmə prosesi bitdikdən sonra  uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top