Ölümündən əvvəl çəkilmiş kadrlar: “Məni aradan götürmək istəyənlərə deyirəm...” – Video


Rusiyada hakimiyyətə qarşı üsyandan iki ay sonra təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündən əvvəl çəkilmiş kadrları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, “Vaqner” PMC-yə yaxın Teleqram kanallarından birində dərc edilən kadrların, Priqojinin təyyarəsinin Rusiyada qəzaya uğramasından bir neçə gün öncə çəkildiyi bildirilir.
“Sağ olub-olmadığımı, vəziyyətimin necə olduğunu müzakirə edənlər üçün izah edim: Hazırda həftə sonudur, 2023-cü il avqust ayının ikinci yarısıdır, Afrikadayam. Məni aradan götürmək, şəxsi həyatımdan, pulumdan və ya başqa bir şeydən danışmaq istəyənlər üçün deyirəm, hər şey qaydasındadır”, -  hərəkətdə olan avtomobildən kadrları yayılan Priqojin bildirir.
Qeyd edək ki, avqust ayının ikinci yarısında Priqojinin ölümündən əvvəlki həftə sonuna təsadüf edən günlər 19-20 avqust tarixləridir.

DİGƏR XƏBƏRLƏR

Top