Bu prospektdə də sürət həddi endirildi


Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə daha bir küçədə sürət həddinin endirilməsi barədə qərar qəbul olunub. Belə ki, 31 avqustdan paytaxtın Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top