Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi nə vaxt olacaq?


Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftənin sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 5-dən 14-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top