![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/30/1/7df6fb79-c57b-43c9-b245-95c216e28543/fransa-humanitar-yuk.jpg)
Fransa Qarabağa “humanitar yük” göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə erməni KİV-də məlumat yayılıb.
Azərbaycan KİV-də isə sözügedən “humanitar yük”ün qarşısının Laçın sərhəd-buraxılış məntəqəsində alınması ilə bağlı məlumat yayılıb.
Yükün Qarabağa buraxılmamasına səbəb kimi isə məsələnin Azərbaycan tərəfi ilə razılaşdırılmaması göstərilir.
Qeyd edək ki, İrəvandan yola çıxan 10 maşın “humanitar yük”ü Parisin meri Ann İdalqo və Strasburq meri Janna Barseqyan müşayiət edib.