
İspaniyada ən bahalı pendir üzrə dünya rekordu təzələnib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Şimali İspaniyada yetişdirilən 2,2 kq-lıq mavi kabrales pendiri hərracda 30 min avroya satılıb. Beləliklə, bu pendir dünyanın ən bahalı pendiri ünvanını qazanıb.
"Pendirimizin yaxşı olduğunu bilirdik, amma nəticənin belə olacağını gözləmirdik", - deyə pendiri hazırlayan "Los Puertos" fabrikinin sahibi Gilyermo Pendas İspaniyanın EFE agentliyinə deyib.
Pendasın anası Roza Vada isə pendiri 1400 metr hündürlükdəki mağarada hazırladıqlarını və orada 7 dərəcə selsidə ən azı səkkiz ay saxladıqlarını bildirib.
Pendir Asturiyadakı "El Llagar de Colloto" restoranlar şəbəkəsinin sahibi İvan Suaresə satılıb.
Qeyd edək ki, adi kabrales pendirinin qiyməti 1 kiloqram üçün 35-40 avrodur. Pendir çiy inək südündən və ya inək, qoyun və keçi südünün qarışığından hazırlanır və Kabrales bölgəsindəki mağaralarda yetişdirilir.
Xatırladaq ki, bundan əvvəl də dünyanın ən bahalı pendirinə İvan Suares sahib olmuş və bu pendir 2019-cu ildə 20 500 avro ilə Ginnesin Rekordlar Kitabına düşmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz