![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/30/1/993a3f66-a578-4788-97fc-3c2dc9109f87/kutbettin-arzu.jpg)
Türkiyənin keçmiş qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Kutbettin Arzunun Yalovada istirahət üçün getdiyi Türkiyə Böyük Millət Məclisinə məxsus sanatoriyanın hovuzunda meyiti tapılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Arzunun ölümünə infarktın səbəb olduğu ehtimal edilir.
Polis 68 yaşlı sabiq nazirin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Kutbettin Arzu 2015-ci ildə Nazirlər Kabinetində qida, kənd təsərrüfatı və heyvandarlıq naziri kimi təmsil olunub.
Arzu ailəli olub, dörd övladı var.