
Bu ilin mayın ayında Finlandiya idmanının əfsanəsi Teppo Rastio dünyasını dəyişdi. O, dünya tarixində həm futbolda, həm də xokkeydə öz ölkəsinin şərəfini qoruyan cəmi 10 idmançıdan biri idi. Buz xokkeyi ilə daha çox məşhur olan Rastio futbolda da kifayət qədər uğur qazanmış və burada da adını tarixə yazmışdı.
Yeniavaz.com Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, dünya tarixində həm futbol, həm də buzüstü xokkeylə peşəkar səviyyədə məşğul olan 10 idmançıdan ən görkəmliləri Vsevolod Bobrov (SSRİ), Vlastimil Bubnik (Çexoslovakiya) və Sven “Tumba” Yohansondur (İsveç).
Finlandiya idmançısı Timo Nummelin isə bu 10 universal idmançıdan hələ də sağ olan (74 yaş) yeganə idmançıdır.
Onluğa daxil olan digər 5 idmançi isə Arvid Yurgen (Latviya), Sven Berqkvist (İsveç), Robert Sadovski (Rumıniya), Mihay Flamaropol (Rumıniya) və Andrey Barbuleskudur (Rumıniya).
Aşağıdakı siyahıda xronoloji ardıcıllıqla bu idmançıların adları, hər iki idman növü üzrə milli komandada oynadıqları illər, həmçinin, milli komandada keçirdikləri oyunlar verilmişdir.



Tətbiqimizi yükləyə bilərsiniz