Giləzi-Xızı yolunda selin səbəb olduğu problem aradan qaldırıldı


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti avtomobil yollarında bir-sıra fəsadlara səbəb olub. Belə ki, leysan xarakterli yağışlar nəticəsində ötən gecə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirib. Nəticədə, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

DİGƏR XƏBƏRLƏR

Top