
Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus “Mi-8” helikopteri Çelyabinsk vilayəti Sosnovski rayonu Prudnı qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, helikopter qəza nəticəsində meşəlik əraziyə düşüb. Helikopterdə yalnız ekipaj olub və üç nəfərdən ibarət ekipaj həlak olub.
Qəzadan sonra hadisə yerində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qrupu hadisə yerinə cəlb olunub və helikopterdə baş verən yanğın söndürülüb.
Həmçinin, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Sakinlər və yaşayış binaları xəsarət almayıb.
İlkin məlumata görə, qəza texniki nasazlıq nəticəsində baş verib.