
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Avropa çempionatına təyinat alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Məlumata görə, ədalət təmsilçimiz B qrupunun qarşılaşmalarında hakim kimi meydana çıxacaq. Bolqarıstanın ev sahibliyi etdiyi bu qrupda mübarizəyə bu gün start veriləcək.
Xatırladaq ki, B qrupunda meydan sahibi Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları cıxış edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz