
Konyada 4,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələ Konyanın Qulu rayonunda qeydə alınıb. Zəlzələnin 13,57 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Zəlzələ ətraf vilayətlərdə, xüsusən də Ankarada hiss olunub. Zəlzələni hiss edən vətəndaşlar küçələrə çıxıb.