Baş Prokurorluq Rahib Salmanovun intiharı ilə bağlı açıqlama yaydı – Yenilənib


1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, Baş prokurorluğun Mətbuat xidmətindən medianın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

***20:22
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.
Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top