Fransanın Sen-Mişel-de-Moryen və Modan bölgələri arasında sürüşmə baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın İtaliya ilə sərhədindəki Savoya bölgəsində baş verən sürüşmədə Sen-Andre dağından qopan qayalar avtomobil yolunun və qatar relsinin üzərinə düşüb.
Hadisədə ölüm faktı qeydə alınmasa da, bölgəni İtaliya ilə birləşdirən qatarların hərəkəti tamamilə dayanıb.
Sosial mediada paylaşılan görüntülərdə avtomobillər yoldan keçərkən sürüşmə baş verir, daha sonra isə ərazidən böyük toz buludu qalxır.
Fransanın dəmir yolu şirkəti SNCF də torpaq sürüşməsi nəticəsində dağdan qopan qayaların relslərin üzərində düşdüyünü, nəticədə bölgədə İtaliya da daxil olmaqla qatar reyslərinin dayandığını açıqlayıb.
Şirkət aparılan təmir işlərinin avqustun 30-u, çərşənbə günündən tez başa çatmayacağını bildirib.