
Kiyev iki pilotsuz təyyarə ilə Rusiya ərazisindəki obyektlərə hücuma cəhd edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, PUA-lar Krım üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
"Bu gün saat 10:30 radələrində Kiyevin iki təyyarə tipli PUA-sının Rusiya Federasiyası ərazisində obyektlərə hücum cəhdinin qarşısı alınıb. İki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda bildirilib.
Regionun rəhbəri Sergey Aksyonov da öz növbəsində faktı təsdiqləyib və sakinləri təmkinli olmağa, rəsmi mənbələrə etibar etməyə çağırıb.