““Taxıl sazişi” Qətərin iştirakı ilə bərpa oluna bilər” – Peskov


“Taxıl sazişi”nin Rusiya, Türkiyə və Qətərin iştirakı ilə bərpası barədə konkret razılaşmalar yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
““Taxıl sazişi”nin Qətərin iştirakı ilə bərpası məsələsi üzrə müxtəlif variantlar var. Ancaq hazırda bununla bağlı hər hansı əsaslı razılaşma yoxdur”, - Peskov bildirib.
O, həmçinin müxtəlif formatlarda müzakirələrin davam etdiyini əlavə edib.
Xatırladaq ki, “Taxıl Dəhlizi Sazişi“ Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi ilə əlaqədar 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan sazişə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

DİGƏR XƏBƏRLƏR

Top