Ombudsman Ballıqaya faciəsi ilə bağlı məlumat yaydı


Ermənistan Ballıqaya faciəsi ilə insan hüquqları sahəsində mövcud olan tələbləri kobud şəkildə pozub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) qurumun facebook səhifəsində məlumat yayıb. Məlumata görə, 1992-ci il avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı qətliam törədilib:
"Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarından biri olan Ballıqaya faciəsində bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq, mülki insanlar hədəfə alınıb, 6-sı azyaşlı olmaqla, 24 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib.
Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan bu cinayət əməli nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub".

DİGƏR XƏBƏRLƏR

Top