Nizamnamə kapitalı 20 manat olan şirkət 4 milyonluq tender uddu


Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının keçirdiyi tender müsabiqəsinin qalibi “Leyla Medical Center” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, Xəstəxana laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınmasına görə MMC-yə 4 milyon 80 min manat ödəyəcək.
Nizamnamə kapitalı 20 manat olan “Leyla Medical Center” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Yunis Səfərov, ev 19-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Vahabov Elnur Ramiz oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top