Prezident Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisini qəbul etdi - Yenilənib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.
Yeniavaz.com xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa bir müddət sonra ölkəmizə səfər etməsinin əhəmiyyəti qeyd edilib və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edilib.
Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin əhəmiyyəti və ordumuzun bu qələbənin əldə olunmasında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulanıb.

***11.29
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top