Azərbaycan Ordusunun mayoru vəfat etdi – Rəsmi


Türkiyədə uzun müddət onkoloji xəstəlikdən müalicə olunan Azərbaycan Ordusunun zabiti, 1985-ci il təvəllüdlü tibb xidməti mayoru Məmmədov Rövşən Üzeyir oğlu vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!” – məlumatda deyilir.
Qeyd edək ki, sosial şəbəkələrdə Məmmədov Rövşənin 3 il əvvəl ad günündə kapitan ikən çəkilmiş fotosu yayılıb.
Sözügedən fotonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top