
İngiltərə “Liverpul”unun 31 yaşlı misirli hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı çempionu “Əl İttihad”a keçməyə yaxındır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “KSA Sport” kanalı məlumat yayıb.
Bildirilir ki, İngiltərə Premyer Liqasının III turunda baş tutacaq “Nyukasl Yunayted”lə oyundan (27 avqust) sonra Salah tibbi müayinədən keçəcək.
İddiaya görə “Əl İttihad” Salaha illik 76 milyon avro maaş və 3 illik müqavilə təklif edib.
Xatırladaq ki, “Qızıl top”un sahibi Kərim Benzema, N'Qolo Kante və Salahın keçmiş komanda yoldaşı Fabinyo da bu yay “Əl İttihad”a keçib.
M. Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin iyun ayında bitəcək.